Kamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqaz bölgəsində yeni canlanma və yeni reallıqlar yaratdı...” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqaz bölgəsində yeni canlanma və yeni reallıqlar yaratdı...”

S.Xankişiyeva09:55 - 05 / 11 / 2021
Kamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqaz bölgəsində yeni canlanma və yeni reallıqlar yaratdı...”

“1992-ci ilin may ayının 8-də Ermənistanın silahlı qüvvələri məhz Şuşanı ələ keçirməklə qondarma Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar.

Həmin hadisədən 28 il sonra isə Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə Dağlıq Qarabağ münaqişəsinə və belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu. Şuşanın azad olunmasından iki gün sonra- noyabr ayının 10-da imzalanmış məlum bəyanat təkcə Qarabağ münaqişəsinə deyil, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoydu. Dağlıq Qarabağ üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ermənistanı faktiki kapitulyasiya aktı olan 10 noyabr üçtərəfli bəyanatını imzalamağa məcbur edən əsas səbəblərindən biri də məhz Şuşa şəhərinin işğaldan azad edilməsi olub. Şanlı Ordumuz Şuşanı azad etdikdən sonra erməni tərəfi artıq məğlub olduğunu daha aydın şəkildə dərk etdi: “Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik.”

Kamaləddin Qafarov qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə qədər keçən zaman ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin etmək məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər reallaşdırdığı uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Məhz güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm də özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək.

Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi by Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.”

Millət vəkili bildirib ki, Vətən müharibəsinin nəticələri olaraq regionda qonşu ölkələr arasında strateji tərəfdaşlıq üçün yaranmış yeni perspektivlər tarixi fürsət kimi dəyərləndirilməlidir: “Ölkəmiz uzun illərdir ki, bütün regionun inkişafına xidmət edən layihələrin əsas təşəbbüskarı kimi çıxış edir. Bu gün Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, ölkəmiz məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Hazırda Avropa İttifaqının üzvü olan bir sıra ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini məhz Azərbaycanın karbohidrogen ehtiyatları hesabına təmin edirlər. Bu gün isə Azərbaycanın tarixi Qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyalar yaradacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Xüsusi əhəmiyyət kəsb edən bir məqam da budur ki, Türkiyə və Rusiyanın yaxınlaşması regionda strateji əhəmiyyət kəsb edir. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir.”

Kamaləddin Qafarov belə bir məqamı da vurğulayıb ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması yönümündə bütün imkanlar tükəndikdən sonra bu addımı atmaq məcburiyyətində qalıb: “Bütün dünya bilməlidir ki, Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin bizə başqa seçim vermədilər. 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Bu səbəbdən də II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı dəyərləndirə bildilər. Və budur, nəticə göz qabağındadır. Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu.”

Paylaş:
469

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər