Erməni vandallığının növbəti sübutu: Cəbrayılda məzarlığı dağıdıb, meyitlərin qızıl dişlərini söküblər | 1news.az | Xəbərlər
Siyasət

Erməni vandallığının növbəti sübutu: Cəbrayılda məzarlığı dağıdıb, meyitlərin qızıl dişlərini söküblər

S.Xankişiyeva13:14 - 06 / 11 / 2021
Erməni vandallığının növbəti sübutu: Cəbrayılda məzarlığı dağıdıb, meyitlərin qızıl dişlərini söküblər

Ermənilər işğal altında saxladıqları ərazilərdə azərbaycanlıların basdırıldığı məzarlığı qazıb, meyitlərin qızıl dişlərini söküblər.

1news.az-ın verdiyi xəbərə görə, APA-nın Qarabağ bürosunun Cəbrayıl rayonu Şahvəlli kənd inzibati ərazi vahidliyinin tabeliyində olan Niyazqulular kəndində apardığı çəkiliş zamanı ermənilərin məzarlıqda olan mərmər baş və sinə daşlarını söküb daşıdığı, məzarları qazaraq meyitlərə qarşı vandallıq əməlləri törətdiyi məlum olub.

Məzarların texnika ilə qazıldığı da açıq-aydın bilinir.

Niyazqulular kəndi və kənd məzarlığı tamamilə dağıdılıb. İnsan sümükləri qəbirdən çıxarılaraq ətrafa səpələnib. Meyitlərdən birinin baş sümüklərinə baxış zamanı məlum olub ki, erməni vandalları ağızdakı qızıl dişləri söküb, metal dişlərə isə toxunmayıb.

Bu fakt ermənilərin Azərbaycana, onun vətəndaşlarına qarşı törətdiyi vəhşiliyin daha bir sübutudur.

Qeyd edək ki, Cəbrayıl rayonunun Niyazqulular kəndi 1993-cü il avqustun 23-də erməni hərbçilərin nəzarətinə keçib. 27 il ermənilərin işğalında olan kənd tamamilə talan olunduqdan sonra xarabalığa çevrilib. Bütün evləri, inzibati binaları uçurub, yerlə yekdan edilib.

Cəbrayıl rayonun Niyazqulular kəndi 2020-ci il oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı sayəsində erməni işğalından azad olub.

Paylaş:
310

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər