Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər – FOTO

S.Xankişiyeva16:16 - 06 / 11 / 2021
Türkiyə və Azərbaycan komandoları Davraz dağının zirvəsini fəth ediblər – FOTO

Türkiyə komandoları İsparta və İqdir rayonları ərazisində yerləşən Davraz dağına yürüş ediblər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, yürüşdə Azərbaycan və Somalidən olan və hazırda Türkiyədə kurs keçən komandolar da iştirak edib.

Yürüşün sonunda Darvaz dağının zirvəsinə qalxılıb, orada komandolar müxtəlif marşlar oxuyublar, Azərbaycan, Türkiyə, Somali bayraqları açılıb.

“Şəhidlərin xatirəsini anmaq üçün təşkil edilən yürüşdə 3 min komando iştirak edib. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”, - nazirlikdən bildirilib.

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər