Qlobal Bakı Forumunun 11-ci panel iclasında Avropa İttifaqının gələcəyinə dair müzakirələr aparılır - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal arenada Avropa İttifaqının gələcəyi” mövzusunda panel iclası keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Litvanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən panel iclasında Avropa İttifaqının dünya nizamında gələcək rolu və yeri, onun qlobal aktor kimi imkanları, Aİ-nin qarşısında duran daxili və xarici çağırışlar müzakirə edilir. Panel müzakirələrdə məruzəçilər qismində Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Belçikanın sabiq Baş naziri İv Löterm, İtaliyanın sabiq Baş naziri Matteo Renzi, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və Boston Qlobal Forumunun həmtəsisçisi və baş direktoru Nguyen Anh Tuan çıxış edəcəklər.
VIII Bakı Qlobal Forumu işini noyabrın 6-da başa çatdıracaq.