Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb – FOTO

S.Xankişiyeva09:14 - 11 / 11 / 2021
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşüb – FOTO

Noyabrın 10-da Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Jan İv Lö Drian Fransının Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın xüsusilə iqtisadi, eləcə də təhsil sahələrində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər və bu xüsusda qarşılıqlı maraq ifadə edilib.

Nazir Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduğunu bəyan edib və bu xüsusda, ANAMA ilə əməkdaşlığa hazırlıq ifadə edilib. Həmçinin, birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib və ATƏT-in Minsk Qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın sərgilədiyi mövqeyi barədə, eləcə də üçtərəfli bəyanatların icrası və Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli şəkildə atılan addımlara dair qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanın humanitar sahədə aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO ilə əməkdaşlığı barədə fransız həmkarını məlumatlandırıb.

Görüşdə nazirlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş:
373

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər