Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir – FOTO

S.Xankişiyeva13:12 - 13 / 11 / 2021
Bakının mərkəzi küçələrində velosiped yolları çəkilir – FOTO

Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi velosiped nəqliyyatının inkişafına dair tədbirlər planı hazırlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, plana əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Velosiped zolaqlarının və dayanacaqlarının yaradılması məsələsi “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda və Bakı şəhərinin Baş Planında da əksini tapıb.

Velosiped nəqliyyatının sağlam həyatın formalaşdırılması, eləcə də şəhərin ekoloji mühitinə faydalılığını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA) ilə bu istiqamətdə sıx əməkdaşlıq edir.

Bu gündən şəhərin mərkəzi küçə və prospektlərini eləcə də, Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşasına başlanılıb. Hər iki istiqamətdə eni 1.5 metr olan yol mövcud norma və standartlara uyğun qurulur.

Velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub:

1. yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə;

2. digər ərazilərdə isə tikinti-quraşdırma işləri aparılmaqla.

Bu il Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən 2 km velosiped yolu təşkil edilib. Şəhərin Baş Planına əsasən 2027-ci ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda, 2040-cı ildə isə paytaxtda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır.

Paylaş:
441

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər