Səfir: Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır

S.Xankişiyeva16:11 - 18 / 11 / 2021
Səfir: Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır

İtaliyanın nüfuzlu “il Giornale” qəzetində ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqaləsi dərc edilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, diplomatın məqaləsində qeyd olunur: “Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda davamlı sülh, inkişaf və tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirib. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və hörmətə əsaslanan münasibətlərin normallaşmasına alternativ olmadığına əmindir. Bu normallaşmanın məqsədi Azərbaycan ilə Ermənistan arasında sülhün bərpası və insanların dinc yanaşı yaşamasıdır”.

M.Əhmədzadə bildirib ki, Azərbaycanın davamlı sülh çağırışlarına baxmayaraq, Ermənistan yenə də dialoq və sülhü deyil, müharibə yolunu seçib. Ermənistanın son günlər törətdiyi məqsədyönlü təxribatlar bu ölkənin rəhbərliyinin növbəti hərbi avantürasıdır.

Səfir qeyd edib ki, bütün bunlar Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirdiyini, regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, o cümlədən Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı olmadığını göstərir, habelə sərhəddəki vəziyyət Ermənistanın təhlükəli revanşist ideyalarının və Azərbaycana qarşı ərazi iddialarının nəticəsidir.

“Ermənistan rəhbərliyi və bu ölkənin siyasətçiləri başa düşməlidirlər ki, bu yanaşma çox təhlükəlidir və məsuliyyətli davranmaq lazımdır. Son 30 ildə baş verənləri təhlil edəndə qonşu dövlətlərə qarşı ərazi iddiası siyasətinin Ermənistana nə qədər problem və ağrılar gətirdiyi aydın görmək olur”, - deyən diplomat əlavə edib ki, Vətən müharibəsi və ondan sonrakı hadisələr həqiqətin hansı tərəfdə olduğunu dünyaya göstərdi. Ermənistanın 30 ildir danışıqlar masası arxasında bütün dünyanı aldatmaq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq, həmin ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olmaq və beynəlxalq hüquqa məhəl qoymamaq cəhdləri fonunda Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq keçənilki 44 günlük müharibədə torpaqlarını işğaldan qurtardı, ərazi bütövlüyünü bərpa etdi.

Diplomat qeyd edib ki, Ermənistanın 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi misli görünməmiş dağıntılar erməni tərəfinin əsl mahiyyətini ortaya qoydu. Müharibənin başa çatmasından keçən bir il ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan öz imkanları hesabına və beynəlxalq tərəfdaşların, o cümlədən İtaliyanın da iştirakı ilə həyata keçirdiyi böyük bərpa və yenidənqurma işləri ilə bütün dünyaya bir daha göstərdi ki, ölkəmiz bütün regionda inkişafın, tərəqqinin və rifahın hərəkətverici qüvvəsidir.

Səfir vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalı zamanı həmin torpaqlarda yaşamış bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparmasına baxmayaraq, dövlətimizin məqsədi öz suverenliyini bərpa etdiyi ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını ölkənin iqtisadi, mədəni və sosial həyatına yenidən inteqrasiya etməkdir. Şübhəsiz ki, Azərbaycanın regionda bütün kommunikasiya xətlərinin açılmasına yönələn səyləri dərin iqtisadi və sosial problemlər içərisində boğulan Ermənistana böyük fayda verəcək.

Ermənistanın regionda yaranmış yeni vəziyyəti adekvat qiymətləndirmək və bundan yararlanmaq əvəzinə, yenə də öz ənənəvi yanaşmasından, keçmiş iddialarından əl çəkmək istəmədiyini bildirən M.Əhmədzadə bildirib: “Nəhayət, Ermənistan başa düşməlidir ki, biz 1990-cı illərdə yaşamırıq. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşı istənilən hərbi təhlükə və təxribata adekvat cavab vermək iqtidarındadır. Onu da başa düşməlidir ki, mövcud problemlər Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, yalanlarına bütün dünyanı inandırmağa cəhd etməklə deyil, dialoq yolu ilə həll edilməlidir”.

Diplomat məqaləsini bu fikirlərlə tamamlayır: “Dünya birliyi Ermənistanın Azərbaycana qarşı revanşizm zəminində hərbi təxribatlarını davam etdirməsini pisləməli, bu ölkəni regionda vəziyyəti gərginləşdirməməyə, üçtərəfli Bəyanatın icrasına mane olmamağa və qonşuları ilə problemlərini dialoq yolu ilə həll etməyə çağırmalıdır”.

Azərbaycan səfirinin “il Giornale” qəzetindəki məqaləsi “MSN”, “Agenzia Nova” kimi media qurumlarının da marağına səbəb olub və onlar tərəfindən də dərc edilib.

Paylaş:
418

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər