Ermənistan sərhəddəki təxribat zamanı 21 hərbçisini itirib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan sərhəddəki təxribat zamanı 21 hərbçisini itirib

S.Xankişiyeva14:09 - 20 / 11 / 2021
Ermənistan sərhəddəki təxribat zamanı 21 hərbçisini itirib

Ermənistanın nobayrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrində olan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan silahlı qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan silahlı qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.

Mövzu ilə əlaqədar oxuyun:

Anar Eyvazov: Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır – VİDEO

Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçındakı döyüş postlarımıza hücum edib

Azərbaycan Ordusu təxribat törədən erməni hərbçiləri tərksilah edib

Paylaş:
1022

Son xəbərlər

Bütün xəbərlər