Almaniyada yeni kansler seçilib
Olaf Şolts Almaniyanın yeni kansleri seçilib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, İkinci Dünya müharibəsindən sonra ölkənin 9-cu hökumət başçısı olub.
O.Şoltsa Almaniya Bundestaqının 736 deputatından 395-i səs verib.
Birinci turda qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bu o deməkdir ki, O.Şoltsa ən azı 369 deputat səs verməli idi.
Qeyd edək ki, sentyabrın 26-da ölkədə keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası 25,7 faiz səslə qalib gəlib. Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar bloku isə cəmi 24,1 % səs toplayıb.
Seçkilərdən sonra sosial demokratlar, yaşıllar və liberallar yeni hökumət qurmaq üçün danışıqlara başlayıblar. Daha sonra onlar koalisiya sazişi imzalayıblar.