Nazir: Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artırılıb

Qafar Ağayev12:59 - 18 / 12 / 2021
Nazir: Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artırılıb

"Bu sərəncamlar sosial islahatlar planının davamıdır" .

1news.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüş zamanı deyib. 4 saylı DOST mərkəzində keçirilən görüşdə 50-dək media təşkilatı və KİV rəhbəri iştirak edib.

Nazir bildirib ki, ölkə başçısı 2018-ci ildə ilk fərmanını imzaladı.

"Ardınca 2019-cu ildə Azərbaycanın müstəqillik tarixində ən böyük sosial islahatlar həyata keçirildi. 2020-ci ildə post-pandemiya paketləri təqdim olundu" .

"Ötən gün Cənab Prezident tərəfindən imzalanan 4 sərəncam 1 milyonadək işləyən vətəndaşlarımızı əhatə edir" - nazir deyib:

"Minimum əməkhaqqı 20 faiz artırıldı. Minimum əməkhaqqı son 4 ildə 2,3 dəfə artırılıb. Eyni zamanda dövlət sektorunda çalışan 400 minə yaxın insanın əməkhaqqısı vahid tarif cədvəli ilə ödənilir. O cədvəl də minumum əməkhaqqı əsasındadır. Minimum əməkhaqqı artan kimi bu cədvəl üzrə əməkhaqqı alan hərkəsin əməkhaqları artırılır".

Digər tərəfdən bu sərəncamlar həm də özəl sektorda çalışanların da əməkhaqlarında da artım deməkdir. Çünki minimum əməkhaqqı əmək məcəlləsi tərəfindən icbari qaydada ödənişdir. Əmək müqaviləsi işləyən şəxsə minimum əməkhaqqı verilməlidir. Bizim hesablamalarımıza görə 300 manatdan aşağı maaş alan insanlar və 300 manatdan 400 manata qədər əməkhaqqı alanların maaşlarında artım olacaq. Çünki ixtisassız şəxsə 300 manat verən özəl müəssisə yenə də ondan bir pillə olan şəxsin də əməkhaqqını artırılmalıdır. Düşünürük ki, bu 300 minlə 400 min arası insanı əhatə edəcək”.

Paylaş:
370

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər