Deputat: “Növbəti il vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi ili kimi yadda qalacaq”
“Öncədən elan olunduğu kimi, Azərbaycanda artıq sosial paketin reallaşması həyata keçirilir”.
Bunu 1news.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin son günlər əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün imzaladığı sərəncamlarla bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, sosial paketə 1,4 milyard manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
“ Yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək. İstər minimum əməkhaqqı, istərsə də dövlət büdcəsindən maliyələşən sektorlarda çalışan vətəndaşlarımızın əməkhaqqlarındakı artımlar ondan xəbər veri ki, yeni sosial paket kifayət qədər əhatəlidir. Həm sosial baxımdan daha çox dəstəyə ehtiyacı olan, həssas hesab olunan kateqoriya vətəndaşlarımızın daha yaxından dəstəklənməsi, eyni zamanda digər sektorlar, xüsusən də dövlət büdcəsindən maliyyələşən sferalarda çalışan vətəndaşlarımızın əməkhaqqlarının artırılması fonunda onların sosial təminatının daha da yaxşılaşdırılması məqsədi daşıyır”.
“2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək” – deyə, deputat əlavə edib:
“Praktik olaraq Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq sosial xərclərin büdcə xəclərindəki payı 45 faizlik limiti keçəcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılan hər iki manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu, sosial sferaya 14 milyarda yaxın vəsaitin ayrılması anlamına gəlir. Bu isə isə ondan xəbər verir ki, növbəti sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi prioritetini qoruyub saxlayacaq. Təbii ki, bu, eyni zamanda Azərbaycanda rifah dövlətin gücləndirilməsi ilə bağlı aparılan islahatların bir elementi kimi xarakterizə olunmalıdır. Hər bir vətəndaşımızın sosial təminatının gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Praktik olaraq son yeni sosial paketin maliyyələşdirilməsi də ondan xəbər verir ki, ölkə rəhbərliyi vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bu istiqamətdə vəsaitlərin ayrılması, pandemiyanın davam etməsinə baxmayaraq sosial proqramların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və heç bir sosial proqramın təxirə salınmaması ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirdi”.
Deputat bildirib ki, minimum əməkhaqqının artırılması 800 mindən artıq vətəndaşı əhatə edəcək.
“Minimum əməkhaqqındakı artımlar yalnız dövlət deyil, eyni zamanda özəl sektorda çalışan vətəndaşlarımızın gəlirlərinə təsir göstərəcək. Çünki minimum əməkhaqqı həm özəl, həm də dövlət sektorunda məhz həmin məbləğdən aşağı əməkhaqqının ödənilməsini qadağan edir. Bu da vətəndaşlarımızın əməkhaqlarının artıması anlamına gəlir. Digər tərəfdən yalnız minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən vətəndaşlarımızın maaşlarında deyil, həm pensiyalar, həm də digər sosial müavinətlərdə də artımların olacağı planlaşdırılır. Nəzərə alsaq ki, birbaşa əməkhaqqı, təqaüd, o cümlədən müavinətlərin artırılması ilə yanaşı həm də sosial proqramlarda ayrılan vəsatin həcmində də artımlar olacaq”.
V.Bayramovun sözlərinə görə, həm 2022-ci ildə yaşayış minimumunun 210 manata çatdırılması , həm də ehtiyac meyarının 170 manatdan 200 manata çatdırılması sosial proqramlarda gəlir əldə edən vətəndaşlarımızın da gəlirlərində də artıma gətirib çıxarır.
“Xüsusən də ünvanlı sosial yardım proqramında aylıq ödənilən məbləğin həcmində gələn aydan etibarən artımlar olacaq. Yanvar ayından etibarən pensiyaların indeksasiyası həyata keçiriləcək. Bu da əmək pensiyalarının məbləğlərinin artması anlamına gəlir. Artımlar 2022-ci il və növbəti illərdə də davam edəcək. Çünki bütövlükdə ölkə Prezidenti tərəfindən təsdiq edilən strategiyanın əsas istiqamətlərindən biri sosial təminatın daha da gücləndirilməsi və bütövlükdə həm pensiya, həm əməkhaqqı sisteminin daha da təkmilləşdirilməsindən ibarətdir. Ona görə də sosial siyasət bütövlükdə ölkədə həyata keçirilən siyasətin əsas istiqaməti olaraq qalmaqdadır. 2022-ci il bu kontekstdən fərqli illər olacaq, çünki 2022-ci ildə biz məhz sosial təminat təminatın daha da gücləndirilməsini müşahidə edəcəyik. Eyni zamanda, növbəti il həm də infilyasiyaya qarşı mübarizə tədbirləri də güclənəcək. Son artımlar göstərir ki, əməkhaqqı və digər ödənişlərdə də artımların məqsədi həm də infilyasiyanın yaratdığı neqativ təsirləri minimumlaşdırmadır. Məqsəd ondan ibarətdir ki, əməkhaqqı artımları infilyasiya ilə müqayisədə daha çox olsun. Növbəti il vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi ili kimi yadda qalacaq”.