Bütün müavinətlər bu tarixədək ödəniləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bütün müavinətlər bu tarixədək ödəniləcək

Qafar Ağayev10:56 - 23 / 12 / 2021
Bütün müavinətlər bu tarixədək ödəniləcək

Dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, 2021-ci ilin 10 ayı ərzində 113 min nəfərdən çox şəxsə elektron qaydada sosial ödənişlərin təyinatı aparılıb. Pensiya təyin olunan şəxslərin sayı 20 min, müavinət və təqaüd təyin olunan şəxslərin sayı isə 93 min nəfərdən çox olub.

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər