Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

09:10 - 05 / 01 / 2022
Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.

Qeyd edək ki, yanvarın 2-dən başlayaraq Qazaxıstanın Janaozen, Aktau və Manqistau vilayətlərində yanacağın iki dəfə bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları maye qazın qiymətinin 120 təngədən 50-60 təngəyə salınmasını tələb edirlər. Hökumət komissiyası məsələ ilə bağlı etirazçılarla danışıq apardıqdan sonra Manqistauda qazın 1 litri 50 təngəyə endirilib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərarlar imzalayıb.

Fövqəladə vəziyyət rejimi vəziyyətin gərginləşməsi ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğun və asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib.

Bildirilir ki, fövqəladə vəziyyət rejimi yerli vaxtla yanvarın 5-i saat 01:30-dan yanvarın 19-u saat 00:00-a qədər qüvvədə olacaq.

1news.az

Paylaş:
477

Son xəbərlər

Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27
Bütün xəbərlər