Əli Əsədov Qazaxıstanın Baş nazirinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Qazaxıstanın Baş nazirinə başsağlığı verib

S.Xankişiyeva17:52 - 13 / 01 / 2022
Əli Əsədov Qazaxıstanın Baş nazirinə başsağlığı verib

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Baş nazir Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə edilib.

Baş nazir Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar A.Smailova başsağlığı verib.

Mövzu ilə əlaqədar oxuyun:

Fikrət Sadıxov: Təxribatlar 20 Yanvar hadisələri zamanı Bakıda da olub, bu gün də Qazaxıstanda mövcuddur

KTMT kollektiv ordusunun Qazaxıstana yeridilməsi: terrorçulardan müdafiə yoxsa suverenliyin itirilməsi?

Qazaxıstanda matəm elan olunub

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər