İndoneziyanın yeni paytaxtının adı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

İndoneziyanın yeni paytaxtının adı açıqlanıb

15:48 - 17 / 01 / 2022
İndoneziyanın yeni paytaxtının adı açıqlanıb

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtının adı Nusantara olacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu ölkənin milli inkişaf planlaşdırması naziri Suharso Monoarfa hökumətin iclasında deyib.

Nusantara İndoneziya dilində "arxipelaq" mənasını verir.

Qeyd edək ki, İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi barədə qərar 2019-cu ildə prezident Coko Vidodo tərəfindən verilmişdi.

Yeni paytaxtın salınması üçün 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər təxirə salınmışdı.

Layihənin icrasının iki ildən sonra bərpa olunması planlaşdırılır.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər