Nursultan Nazarbayev ömürlük vəzifələrindən azad edilib
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalqları Assambleyasının ömürlük sədri vəzifələrindən azad edilib.
1news.az RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Qazaxıstan parlamenti (aşağı palata) bununla bağlı düzəlişləri təsdiq edib.
Nursultan Nazarbayev Qazaxıstan Xalqları Assambleyasında sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasında sədrliyi isə son iğtişaşlar zamanı təhvil verib.
379