Mikayıl Cabbarov: “Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb”
Azərbaycanda ümum daxili məhsulun (ÜDM) nominal həcmi 93 milyard manata çatıb.
1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"Azərbaycanda ÜDM-in nominal həcmi 93 mlrd. AZN çatıb və bu, 2019-cu illə müqayisədə 11 mlrd. manatadək çoxdur. 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb", - nazir qeyd edib.
401