Ceyhun Bayramov Türkiyə XİN başçısına şəfa diləyib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Türkiyə XİN başçısına şəfa diləyib

S.Xankişiyeva16:15 - 16 / 02 / 2022
Ceyhun Bayramov Türkiyə XİN başçısına şəfa diləyib

16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

Mövzu ilə əlaqədar oxuyun:

Ərdoğan koronavirusa yoluxub - FOTO

Çavuşoğlu koronavirusa yoluxub

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər