Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE - YENİLƏNİB

S.Xankişiyeva13:20 - 18 / 02 / 2022
Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov, Nizami və Kürdəmir rayonlarına yeni icra başçısı təyin edilib.

1news.az-ın Qaynarinfo-ya istinadla verdiyi xəbərə görə, yeni icra başçıları ilə bağlı məlumatları təqdim edir:

Nərimanov Rayon İcra Hakimiyyətinin yeni icra başçsı Elgin Həbibullayev Şirin oğlu

Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.
Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır.
Ailəlidir, iki övladı var.

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni icra başçısı Coşqun Adil oğlu Cəbrayılov

Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil оğlu Cəbrayılov bu vəzifəyə təyin olunan qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan Oqtay oğlu İbrahimov

Bu vəzifəsindən əvvəl Şamaxı rayon İcra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var.

Mövzu ilə əlaqədar oxuyun:

Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub

Prezident Kürdəmirə yeni icra başçısı təyin edib

Paylaş:
830

Son xəbərlər

Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34
Bütün xəbərlər