Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olunub

S.Xankişiyeva14:36 - 19 / 02 / 2022
Bakı İcra Hakimiyyətində Aparat rəhbəri əvəzi təyin olunub

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aparat rəhbəri vəzifəsini Ayaz İmaməliyevə həvalə edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, A.İmaməliyev Aparat rəhbərinin vəzifəsini icra edəcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənədək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləyib.

Mövzu ilə əlaqədar oxuyun:

Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub

Prezident Kürdəmirə yeni icra başçısı təyin edib

Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE - YENİLƏNİB

Paylaş:
1466

Son xəbərlər

Bütün xəbərlər