Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Qafar Ağayev14:55 - 21 / 02 / 2022
Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

Paylaş:
1006

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər