Udmurtiya şirkətləri “Azərbaycan Dəmir Yolları”na təkliflər verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Udmurtiya şirkətləri “Azərbaycan Dəmir Yolları”na təkliflər verib - FOTO

S.Xankişiyeva10:24 - 22 / 02 / 2022
Udmurtiya şirkətləri “Azərbaycan Dəmir Yolları”na təkliflər verib - FOTO

Fevralın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də Udmurtiya Respublikası rəhbərinin Rusiya Federasiyası Prezidenti yanında Daimi Nümayəndəsi - Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

1news.az-a qurumun mətbuat xidmətindən verilən xəbərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizin polad magistralında görülən işlərdən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuzun əldə etdiyi Böyük Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə aparılan irimiqyaslı quruculuq-bərpa işləri barədə qonaqlara məlumat verib. Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu layihələrinin gedişatından söhbət açıb. Sədr son illərdə dəmir yolu sahəsində, xüsusilə lokomotiv parkının yenilənməsi və genişləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Udmurtiya Hökumətinin sədr müavini Mixail Xomiç respublikasının iqtisadi-ticari potensialı, ixrac və investisiya imkanları ilə bağlı məlumatları bölüşüb. Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağında etibarlı körpü rolu oynadığını vurğulayan qonaq ölkəmizlə dəmir yolu sahəsində mövcud əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını qeyd edib.

Sonra nümayəndə heyətinin tərkibində təmsil olunan şirkətlərin təqdimatı olub. Təqdimatlar dəmir yolu avadanlıqlarının, metal konstruksiyaların, məmulatların və hissələrinin, təhlükəsizlik sistemlərinin işlənib hazırlanması və istehsalı, obyekt tanıma sistemləri, dəmir yolu keçidləri üçün avtomatika və digər sahələri əhatə edib. Şirkət nümayəndələri dispetçerlik, nəqliyyat və real vaxt rejimində çalışan yüksək yüklü idarəetmə sistemləri sahəsində proqram təminatının hazırlanması, yük daşımaları sahəsində avtomatlaşdırılma, informasiya texnologiyaları ilə bağlı təkliflərini irəli sürüblər. Bildirilib ki, həmin şirkətlər “Rusiya Dəmir Yolları” ASC, eləcə də bir sıra ölkələrin dəmir yolu nəqliyyatı qurumları ilə uğurlu əməkdaşlıq əlaqələrinə malikdir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq şirkətlərlə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

Paylaş:
936

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər