Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib

S.Xankişiyeva15:31 - 24 / 02 / 2022
Ermənistanın baş qərargah rəisi vəzifəsindən azad edilib

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.

1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti vəzifələrin icra edrən Alen Simonyan imzalayıb.

İstefa qərarının səbəbləri açıqlanmayıb. Qeyd olunur ki, A.Davtyanın adı 2021-ci ilin sentyabrında ortaya çıxan kütləvi vəsaitin mənimsənilməsi qalmaqalında hallanırdı. O zaman sabiq müdafiə naziri David Tonoyan saxlanılmışdı.

Qeyd edək ki, 2020-ci ilin iyununda baş qərarga rəisi vəzifəsindən istefa vermiş Artak Davtyan 2021-ci ilin martında yenidən təyin olunmuşdu.

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər