Türkiyə XİN: 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin yaraları hələ də təzədir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN: 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin yaraları hələ də təzədir

S.Xankişiyeva12:32 - 26 / 02 / 2022
Türkiyə XİN: 30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin yaraları hələ də təzədir

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda qeyd olunub:

“Ermənistan Respublikasının bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərinə qarşı hücumlarda aralarında çox sayda qadın və uşağın da olduğu 613 azərbaycanlı məsum dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bundan başqa, mindən çox insan Ermənistan qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşənlərin aqibəti isə bu günədək məlum deyil.

30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, qardaş Azərbaycanın kədərini kədərimiz olaraq qəbul edir və ən dərindən paylaşırıq

Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, bütün can Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verir və həyatını itirənlərin əziz xatirələrini ehtiramla yad edirik”.

Mövzu ilə əlaqədar oxuyun:

Mehriban Əliyeva: Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm – FOTO

Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO

İlham Əliyev Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib

“Xocalıya ədalət” kampaniyası hər kəsi petisiyanı imzalamağa çağırır

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər