FİFA-dan sonra FİDE-də Rusiyaya qarşı sanksiya tətbiq edib
FİFA-nın ardınca FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
1news.az xəbər verir ki, ali şahmat qurumu Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı hansısa yarış və tədbirin keçirilməsinə qadağa qoyub.
Bu ölkədən olan şahmatçılar turnirlərə öz bayrağı altında qatılmaq hüququndan da məhrum olublar. Onlar yerli federasiyanın bayrağı altında çıxış edəcəklər. Həmçinin bu 2 ölkənin dövlət himni də hansısa yarışda səsləndirilməyəcək.
FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub.
Bundan əlavə, Ukrayna ilə müharibəni dəstəklədikləri üçün rusiyalı şahmatçılar – Sergey Karyakin və Sergey Şopovun işini FİDE-nin Etika və İntizam Komitəsi araşdıracaq.
1120