Milli Məclisin komitə iclasında dövlət əmlakının özəlləşdirilməsi məsələsi müzakirəyə çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin komitə iclasında dövlət əmlakının özəlləşdirilməsi məsələsi müzakirəyə çıxarıldı

Qafar Ağayev16:44 - 02 / 03 / 2022
Milli Məclisin komitə iclasında dövlət əmlakının özəlləşdirilməsi məsələsi müzakirəyə çıxarıldı

Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

1news.az xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 5 məsələnin müzakirəyə çıxarıldığını bildirib.

Gündəliyin təsdiqindən sonra komitə sədri iclasın 1-ci və 2-ci məsələsi olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda olan qanun layihələrinin oxşar xarakterdə olması qeyd edərək bildirib ki, hər iki sənəd “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

Tahir Mirkişili bildirib ki, yeni qəbul edilən “Media haqqında” Qanunda teleradio yayımı subyektlərinin təsnifatı dəyişdirilib. Təklif olunan dəyişikliklər yeni qəbul olunan audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırmanı nəzərdə tutub.

Komitə sədri siyahıdakı “Bakı şəhəri üzrə televiziya yayımı” fəaliyyət növünün ləğv edilərək, yeni qanuna müvafiq olaraq təsnifatda “ümumölkə yerüstü televiziya yayımçısı” və “regional yerüstü televiziya yayımçısı” fəaliyyət növləri təsbit edildiyinə diqqət çəkib. Vurğulanıb ki, rüsumlar demək olar olduğu kimi qalıb, amma ümumölkə yerüstü televiziya yayımçısı üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib. Bu da dövlətin media sahəsinə növbəti dəstəyidir.

İclasda deputatlar dəyişiklikləri dəstəkləyiblər və qanun layihələrini birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə tövsiyə ediblər.

Sonra komitə sədri Tahir Mirkişili gündəliyin 3-ci məsələsi olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb. Məsələ barədə qısa izahat verən Komitə sədri dövlət əmlakının özəlləşdirilməsi nəticəsində daxil olan vəsaitin istifadəsi mexanizmi barədə danışıb və layihənin təqdimi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə söz verib.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əvvəlcə rəhbərlik etdiyi qurumun özəlləşdirmə sahəsində apardığı işlər, bu istiqamətdə hökumətin prioritetləri, tətbiq oluna yeniliklər və şəffaflığın təmini tədbirləri barədə qısa məlumat verib. Mətin Eynullayev qanun layihəsində təklif olunan dəyişikliklər barədə bildirib ki, mövcud qanunvericilikdə özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar təsbit olunub. Təklif olunan dəyişiklikdə isə bu vəsaitlərin istifadə məqsədləri dəqiqləşdirilib və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib. Qeyd olunub ki, qanun layihəsi bu sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcək.

İclasda Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı dəqiqləşdirmə xarakterli “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə və üçüncü oxunuşda olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu iki sənəd də səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Müzakirə olunan məsələlərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Aydın Hüseynov çıxış edərək fikirlərini bildiriblər, rəylərini səsləndiriblər.

İclasda deputatlar Məşhur Məmmədov, Mahir Abbaszadə, Anar Məmmədov, Ağalar Vəliyev, Məzahir Əfəndiyev, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
1454

Son xəbərlər

DİN: Ötən gün 9 tüfəng və 1 tapança təhvil götürülübBu gün, 10:44Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilibBu gün, 10:41Cəlil Xəlilov: “Onlar bu gün də xalqımızın rifahı üçün əzm və fədakarlıqla çalışmaqdadır”Bu gün, 10:20Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirirBu gün, 10:19Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİBBu gün, 10:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08Dünya bazarlarında qızılın qiyməti bahalaşıbBu gün, 09:52COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcəkBu gün, 09:38Azərbaycan neftinin qiyməti 78 dolları keçibBu gün, 09:28İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 09:1920 sentyabra olan valyuta məzənnələri açıqladıBu gün, 09:16Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edibBu gün, 09:10Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilirBu gün, 09:06Binəqədidə restoranda yanğın olubBu gün, 09:06Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edibBu gün, 09:03Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43
Bütün xəbərlər