Avropa İttifaqı yeddi Rusiya bankını SWIFT-dən çıxarır - SİYAHI
Avropa İttifaqı Rusiyanın yeddi bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırır.
1news.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi qəzetində deyilir.
Xüsusilə, Otkritie bank, Novikom bank, Promsvyaz bank, Bank of Russia, Sovcom bank, VTB və VEB.RF bankları SWIFT-dən çıxarılır.
Belə ki, martın 12-dən etibarən mülkiyyət hüquqları birbaşa və ya dolayısı ilə bu bankların 50%-dən çoxuna məxsus olan Rusiya hüquqi şəxslərinə, təşkilatlarına və ya qurumlarına maliyyə məlumatlarının mübadiləsi üçün istifadə edilən maliyyə mesajlarının ötürülməsi üzrə ixtisaslaşmış xidmətlərin göstərilməsi qadağan edilib.
2072