ATƏT Ukraynada fəaliyyətini dayandırır
ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.
1news.az xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir.
"Demək olar ki, missiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi başa çatıb. Son qrup - missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik indi Ukraynanı tərk edəcək", - hesabatda deyilir.
Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər.
"Əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın yerli üzvlərinin yerdəyişməsi davam edir, əvvəllər Mariupolda yerləşdirilənlərin yerdəyişməsi təhlükəsizlik baxımından təxirə salınıb. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb”, - xəbərdə deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Xarkovun atəşə tutulması zamanı ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina zamanı həlak olub.