Səlcuq Bayraktar yeni PUA modelinin adını açıqlayıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Səlcuq Bayraktar yeni PUA modelinin adını açıqlayıb – FOTO

S.Xankişiyeva17:48 - 12 / 03 / 2022
Səlcuq Bayraktar yeni PUA modelinin adını açıqlayıb – FOTO

“Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraktar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, Twitter səhifəsində paylaşım edib.

“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - vurğulayıb.

Qeyd edək ki, “Qızıl alma” - qədim türk mifologiyasına görə, türkçülüyün simvollarından biridir. Türklər, xüsusən də Oğuz türkləri üçün düşündükcə uzaqlaşan, uzaqlaşdıqca cazibəsi artan idealogiyasını simvolizə edən ifadədir.

Türk millətçiliyinin mühüm simvollarından biri olan “Qızıl alma” türk dövlətləri üçün məqsəd və məramı simvollaşdırır. O, çatacaq yer, fəth ediləcək bir şəhər, bəzən dövlət qurmaq idealogiyasını, bəzən dünya hökmranlığı idealogiyasını, bəzən də Türk birliyi idealogiyası anlamını ifadə edir.

“Qızıl alma” idealogiyası xüsusilə əsgərlərin döyüş əzmini yüksək tutmaq üçün istifadə edilib. Hun, Göktürk və Səlcuq dövlətləri ənənələrində çox aktiv motiv kimi görünür.

“Qızıl alma” idealogiyası İstanbulun fəthindən sonra əsgərlər arasında geniş yayılır. Osmanlılar Avropada fəth etmək istədikləri mühüm şəhərləri “Qızıl alma” adlandırırdı.

Mövzu ilə əlaqədar oxuyun:

Dünya fəlakətin astanasında: Bakı və Ankara üçüncü dünya müharibəsinin qarşısını almaq üçün səylərini əsirgəmir
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

Paylaş:
879

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər