UEFA Avropa Liqasının yarımfinal cütləri bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

UEFA Avropa Liqasının yarımfinal cütləri bəlli oldu

09:16 - 15 / 04 / 2022
UEFA Avropa Liqasının yarımfinal cütləri bəlli oldu

UEFA Avropa Liqasının bütün yarımfinal cütləri bəlli olub.

1news.az xəbər verir ki, "Atalanta" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Leyptsiq"i qəbul edib. 2:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İspaniyada olub. "Barselona" ilk matçda 1:1 hesablı bərabərliyə razılaşdığı "Ayntraxt"la evdə qarşılaşıb və 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

"Vest Hem" "Lion"un qonağı olub (ilk görüş - 1:1) və 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. "Braqa" isə ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Reyncers"lə səfərdə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Beləliklə, yarımfinalda "Reyncers" "Leyptsiq"lə, "Vest Hem" "Ayntraxt"la qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87-pen.

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3

Qollar: Kostiç, 4-pen (0:1), Borre, 36 (0:2), Kostiç, 67 (0:3), Buskets, 90+1 (1:3), Depay, 90+11-pen (2:3)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3

Qollar: Douson, 38, Rays, 44, Boen, 48

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1

Qollar: Tavernier, 2 (1:0), 44-pen (2:0), Karmo, 83 (2:1), Ruf, 101 (3:2)
Qırmızı vərəqə: Tormeno, 42 ("Braqa")

İlk oyun - 0:1

1news.az

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər