ATƏT-in məşvərətçi missiyası Kiyevə qayıtmağı planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

ATƏT-in məşvərətçi missiyası Kiyevə qayıtmağı planlaşdırır

Qafar Ağayev09:05 - 21 / 04 / 2022
ATƏT-in məşvərətçi missiyası Kiyevə qayıtmağı planlaşdırır

ATƏT-in Ukraynadakı məşvərətçi missiyası həm Lvovda fəallığı artırmağı, həm də Kiyevə qayıtmağı planlaşdırır.

1news.az Unian.net-ə istinadla xəbərinə görə, bunu Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitsi bildirib. ATƏT-in missiyasının rəhbəri Antti Hratikaynenlə görüşdən sonra bildirib.

Administrasiya rəhbəri bildirib ki, missiyaya yeni mandat verilib və bura əlavə 54 məsləhətçi cəlb edilib. Onların başlıca vəzifəsi hərbi cinayətləri araşdırmaq olacaq.

Qeyd edək ki, həftənin əvvəlində 17 diplomnatik nümayəndəlik Kiyevdə fəaliyyətini bərpa edib.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər