Aygün İsmayılova: Peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Aygün İsmayılova: Peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur - MÜSAHİBƏ

Qafar Ağayev11:12 - 22 / 04 / 2022
Aygün İsmayılova: Peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova “İmmunlaşdırma həftəsi” ilə bağlı sualları cavablayıb.

1news.az Aygün İsmayılova ilə söhbəti təqdim edir:

- Aygün xanım, səhiyyə naziri Teymur Musayev 2022-ci il 24-30 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb. İmzalanmış sənəd özündə nə ehtiva edir?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il 24-30 aprel tarixlərində Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma kampaniyası peyvəndlərlə qarşısı alına bilən xəstəliklərdən uşaqların qorunmaq hüququ olması barədə əhalini məlumatlandırmaq, eyni zamanda peyvəndlə əhatə olunma səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Uşaqların sağlamlığının qorunması daim dövlətin diqqət mərkəzindədir. Hər il olduğu kimi cari ildə də ölkəmizdə aprel ayının sonuncu həftəsində “İmmunlaşdırma həftəsi” keçirilir. İmmunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azalmasına yönəlib.
Səhiyyə naziri Teymur Musayevin imzaladığı sənədə əsasən, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib. Hazırda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır.

- Respublikanın hansı rayonlarında peyvəndlərlə əhatə səviyyəsi aşağıdır?

- İmmunlaşdırma sayəsində hər il milyonlarla uşaq ciddi xəstəlik və ölümdən xilas olunur. Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqları əhatə edən 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir. Ölkə ərazisindəki vaksinasiya işi ilə məşğul olan tibb müəssisələri vaksin və peyvənd materialları ilə tam təmin edilir. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzləri (GEM) tərəfindən mütəmadi olaraq peyvənd işi və soyuq zəncir sisteminə nəzarət olunur.
Ümumilikdə respublika üzrə immunoprofilaktika tədbirlərinin kifayət qədər səmərəli səviyyədə həyata keçirilməsinə baxmayaraq, 2021-ci ilin yekunlarına əsasən, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Respublika GEM-nin mütəxəssisləri tərəfindən “İmmunlaşdırma həftəsi” çərçivəsində ÜST-nin dəstəyi ilə monitorinq və treninqlərin keçirilməsi nəzərdə tutulub.

- Uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə hansı tapşırıqların verilməsi gözlənilir?

- Tibb müəssisələrində vaksin və peyvənd materiallarının tam təminatı təşkil edilir. “İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək.
COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırması növbəlilik əsasında olunması nəzərdə tutulur.

- Müxtəlif səbəbdən immunlaşdırmadan kənarda qalan uşaqlar üçün hansı tədbirlər görüləcək?

- Müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir. Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanılır və immunlaşdırmaya cəlb olunması planlaşdırılır.

- İmmunlaşdırma həftəsi ilə bağlı hansı maarifləndirici tədbirlərin görülməsi nəzərdə tutulub?

- Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi və əhalinin məlumatlandırılma səviyyəsinin artırılması məqsədilə dəyirmi masaların və seminarların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, “İmmunlaşdırma həftəsi” çərçivəsində maarifləndirici broşür və bukletlərin paylanılması, həmçinin kütləvi informasiya vasitələrində müvafiq məlumatların verilməsi nəzərdə tutulub.

Paylaş:
816

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər