Türkiyə İranla sərhəddə 295 kilometrlik büton sədd çəkir | 1news.az | Xəbərlər
Dünya

Türkiyə İranla sərhəddə 295 kilometrlik büton sədd çəkir

Qafar Ağayev12:16 - 25 / 04 / 2022
Türkiyə İranla sərhəddə 295 kilometrlik büton sədd çəkir

Türkiyə ilə İran sərhədində beton sədd tikilir.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirb.

S.Soylu Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə tamamlanacağını qeyd edib.

“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan sərhədlərimizdə divar inşası işləri aparılıb” – deyə nazir əlavə edib.

Məlumat üçün bildirək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı və İğdır sərhədində 191 kilometr, Suriya sərhədində isə 837 kilometr uzunluğunda divar tikilib.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər