Konfrans Liqası: “Roma” və “Feyenoord” finalda | 1news.az | Xəbərlər
Futbol

Konfrans Liqası: “Roma” və “Feyenoord” finalda

09:53 - 06 / 05 / 2022
Konfrans Liqası: “Roma” və “Feyenoord” finalda

Dünən axşam keçirilən cavab oyunları ilə Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

1news.az xəbər verir ki, "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. A seriyası klubu 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.

"Feyenoord" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel"lə Fransada üz-üzə gəlib. Matç 0:0 hesabı ilə yekunlaşıb. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb.

Beləliklə, turnirin finalında "Feyenoord" "Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0

Qol: Abraham, 11

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Roma, "Olimpiko" stadionu

İlk oyun - 1:1.

23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0

Baş hakim: Sandro Şerer (İsveçrə)

Marsel, "Velodrom" stadionu

İlk oyun - 2:3

FİNAL

25 may

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

Albaniya, "Kombötare" stadionu

1news.az

Paylaş:
380

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər