Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.
424