“Dövlət Miqrasiya Xidməti mühüm işlər görür” – Tural İsmayılov | 1news.az | Xəbərlər
Siyasət

“Dövlət Miqrasiya Xidməti mühüm işlər görür” – Tural İsmayılov

13:09 - 24 / 05 / 2022
“Dövlət Miqrasiya Xidməti mühüm işlər görür” – Tural İsmayılov

“Miqrasiya üzrə Regional Təlim Mərkəzi müstəsna əhəmiyyətə malikdir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayan ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunun sonuncu günündə BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi və BMT Baş Katibi Antonio Quterreşin iştirakı ilə plenar iclas keçirilib. Tədbirdə BMT Üzv Dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri və Baş Assambleyada müşahidəçi statusuna malik ixtisaslaşmış qurumların üzvləri iştirak edib. Adıçəkilən iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmiz adından çıxış edib:

“Vüsal Hüseynov Azərbaycanın regionda bu sənədə qoşulan ilk ölkələrdən biri olduğunu, habelə ölkəmizin Forumda Miqrasiya üzrə Qlobal Paktın icrasında “Çempion ölkə” qismində iştirak etdiyini vurğulayıb. Öz çıxışında Xidmət rəisi ölkəmiz tərəfindən Miqrasiya üzrə Qlobal Pakta dair könüllü hesabatın təqdim olunması, adıçəkilən beynəlxalq sənədlə bağlı məlumatlılığın artırılması məqsədilə çoxtərəfli məsləhətləşmələrin keçirilməsi, habelə Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsinin yaradılması barədə məlumat verib”.

Tədbirin əhəmiyyətindən bəhs edən T.İsmayılov qeyd edib ki, bu gün bir çox sahələrdə Azərbaycan örnək olmağı bacarır:

“Miqrasiya sahəsində ölkəmizdə ciddi işlər görülüb. DMX hazırda ictimaiyyətlə yaxşı əlaqələr quran, media üçün açıq olan, bir çox ekspertlərin də rahat müşahidə apara bildiyi qurumlardandır. DMX sədri Vüsal Hüseynovun sosial şəbəkələr üzərində canlı yayımla izləyicilərdən gələn sualları birbaşa cavablandırmağı müsbət örnək kimi cəmiyyət tərəfindən də təqdir edilir. Bundan əlavə qurumun sosial media hesabları və saytı daim işləkdir və miqrasiya sahəsində bütün suallara cavab tapmaq mümkündür”.

Ekspert vurğulayıb ki, Miqrasiya üzrə Regional Təlim Mərkəzi bu sahədə əvəzedilməz tədris ocaqlarından biri olacaq.

1news.az

Paylaş:
693

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər