XİN başçısının müavini Norveçə səfər edib | 1news.az | Xəbərlər
Siyasət

XİN başçısının müavini Norveçə səfər edib

10:34 - 26 / 05 / 2022
XİN başçısının müavini Norveçə səfər edib

Xarici işlər nazirinin müavini Fariz Rzayev 23-25 may tarixlərində Norveç Krallığına işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən1news.az-a verilən xəbərə görə, səfər çərçivəsində Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eivid Vad Petersson, Norveç Stortinqi (Parlament) Xarici işlər və müdafiə üzrə daimi komitəsinin sədri Ine Eriksen Soreide, Stortinqin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ingjerd Schou və "Equinor" şirkətinin vitse-prezidenti Qustavo Baquero ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün bu işgüzar səfər və mədəni tədbirlərlə birgə qeyd olunması yüksək qiymətləndirilib, müxtəlif sahələr üzrə geniş potensiala malik ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, XİN-lər və parlamentlərarası müntəzəm dialoqun gücləndirilməsi, münaqişədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesləri, eləcə də bölgədə regional əməkdaşlığın qurulması istiqamətində irəli sürülmüş təşəbbüslər müzakirə edilib.

Norveç Beynəlxalq Məsələlər İnstitutunun (NUPİ) tədqiqatçıları ilə keçirilmiş dəyirmi masada post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və hazırda aktuallıq kəsb edən beynəlxalq və regional mövzular nəzərdən keçirilib.

Səfər çərçivəsində, Azərbaycan Respublikasının Müstəqillik Günü, eləcə də Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Oslonun "Litteraturhuset" Mərkəzində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

1news.az

Paylaş:
256

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər