Zakari Qros Fizulidə minaya düşən azərbaycanlı barədə paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Zakari Qros Fizulidə minaya düşən azərbaycanlı barədə paylaşım edib

10:27 - 30 / 05 / 2022
Zakari Qros Fizulidə minaya düşən azərbaycanlı barədə paylaşım edib

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsilə bağlı twitter səhifəsində paylaşım edib.

1news.az xəbər verir ki, səfir xəbəri təəssüflə qarşılayıb və ona tam sağalmağı arzu edib.

Zakari Qros həmçinin qeyd edib ki, Fransa Səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.

1news.az

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər