Trendə çevrilən Şövkət Ələkbərova ilə Elli Duenin mahnılarını birləşdirən Məhəmməd Mirzəzadə ilə MÜSAHİBƏ - VİDEO
Son zamanlar Azərbaycan və xarici mahnıları birləşdirməsi ilə məşhurlaşan “Maho music” Youtube kanalının sahibi Məhəmməd Mirzəzadə 1news.az-a müsahibə verib.
Məhəmməd Mirzazədə ilə söhbətləşməni təqdim edirik:
- İlk növbədə özünüz haqqında danışmağınızı istərdik…
- Mirzəzadə Məhəmməd ( Maho Music) 29.07.1994 cu ildə Lənkəranda musiqiçi ailəsində anadan olmuşam. Atam gitara ifaçısıdır.
- Musiqi ilə nə vaxtdan məşğul olmağa başladınız və musiqi sizin üçün nə deməkdir?
- Musiqi ilə ilk tanışlığım uşaq yaşlarımdan başlayıb. 3 yaşımdan piano qabağında oturub musiqilər ifa etməyə çalışırdım. 2004-cü ildə Lənkəran şəhər Cəfər Cabbarlı adına 1saylı uşaq musiqi məktəbində fortepiano sinifinə daxil olmuşam. Uşaqlığım ancaq piano qarşısında keçib. Hər gün ən azı 8 saat məşq etməli idim. Yay aylarında 14,15 saat. Musiqi məktəbini bitirdikdən sonra isə Lənkəran Dövlət humanitar kollecinin musiqi sənəti fakültəsində təhsil almışam (Fortepiano). Ali təhsilimi isə Azərbaycan dövlət Mədəniyyət və Incəsənət universitetinin instrumental ifaçılıq (fortepiano) fakültəsində almışam . İlk dəfə professional olaraq 2012-ci ildə studiyada çalışmağa başlamışam. 2017-ci ildən isə Protime Production-da çalışıram. Studiya ilə yanaşı Xəzər rayonu 5 sayli Baki mədəniyyət və sənətkarlıq üzrə Peşə məktəbində Istehsalat təlimi ustası kimi çalışıram.
- Azərbaycan və dünya ulduzlarını birləşdirmək ideyası necə ərsəyə gəlib? İlk birləşdirilən mahnsı hansı olub? Birləşdirmək üçün necə mahnıları seçirsiniz?
- Azərbaycan musiqilərini xarici musiqilərlə birləşdirmək ideyası uşaqlıqdan olub. ANS kanalında xalq artisti Ənvər Sadıqov "Bizimkilər" layihəsində Azərbaycan musiqilərini xarici musiqilərlə birləşdirirdi. Baxdıqca arzulayırdım ki, inşallah mən də bir gün Azərbaycan musiqilərini bu formada sintez edəcəm. Bu miksləri hazırlamaqda məqsədim odur ki həm gənclərimiz Azərbaycanın əsl musiqisini tanısın həm də bütün dünya bizim musiqinin zənginliyini görsün. İstər-istəməz müğənnilərin qarşısına mütləq öz mahnılarının remiksləri və ya miksləri çıxır. Necə ki, Elley Duhe və Şövkət Ələkbərovanın miksinə Elley Duhe özü şərh yazmışdır.
“Miks”lərə mahnı seçmək çox çətindir. Səbəbi odur ki bunun üçün öncəliklə musiqi təhsilin olmalıdır mahnıların muğamlarını harmoniyalarını analiz edə biləsən. Əslində kənardan asan görünsə də çox çətin işdir. Çünki harmoniya muğam uyğun gəlsə də mahnıların sürətləri arasinda çox ferq olmamalıdır ki onu tezləşdirib ve ya sürətini azaldanda tələffüzdə problem yaranmasın. Bu nüanslara mütləq şəkildə diqqət etmək lazımdır.
- “Youtube”da kanalda ən populyar remiks hansıdır?
- Hazırladığım ilk Miks Coolio ve Flora xanımın miksi olub. "YouTube" kanalımda en populyar mikslərim : İlhamə Quliyeva & Indila (Derniere dance), Samirə Əfəndi & Imagine Dragons ( Qızlar mahnısı), Coolio & Flora Kərimova ( Tapar məni) , Teymur Mustafayev & Imagine Dragons ( Ay qız), Şövkət Ələkbərova & Elley Duhe ( getmə) - digər mikslərə çox insan baxır amma ən çox maraq doğuran mikslərim bunlardır.
- “Teknofest Azərbaycan”dan sonra sizin musiqi daha da məhşurlaşdı. Söhbət Şövket Ələkbərova- Elley Duhé remiksindən gedir. Bu remiks hər yerdə səslənirdi. Belə gözləyirdiniz?
- Şövkət Ələkbərova & Elley Duhe miksini hazırlayanda mən su və yemək yeməyi belə unutmuşdum həmin mahnını o qədər yaşayırdım, həvəslə hazırlayırdım. Açığı bu qədər populyar olacağını gözləmirdim ))) miksi paylaşandan sonra atam mənə zəng etdi dedi ki " bu nə gözəl miksdir sen nə etmisən belə " . Atama Azərbaycan musiqisini muğamını çox gözəl və dərindən bildiyi üçün həmişə atamın fikri mənim üçün önəmli olub . Həmişə miksləri hazırlayanda nümunələri atama göndərirəm fikirlərini öyrənirəm . Amma Şövkət xanımın miksini sürpriz etdim.
Miks populyar olandan sonra Teknofest ərəfəsində ASAN radio mənimlə əlaqə saxladı gördüyüm işləri bəyəndiklərini bildirdilər ve əməkdaşlığa başladıq. Hazırda mahnılarım ASAN radioda səslənir. Bildiyimiz kimi ASAN radio Teknofestdə ilk studiyası olan radio idi. Mikslərimin orada da səslənməsi daha da maraq doğurdu.
Hazırda miksləri mən özüm hazırlayıram. Cover şəkillərini isə Lalə Salmanova adlı istedadlı gənc rəssam xanım hazırlayır. Lalə xanımla da fikir mübadiləsi aparırıq miks hazırlayarkən .
- Musiqi şirkətlərindən sizə təkliflər gəlir? Gələcək planlarınız nələrdir?
- Təkliflər var bəli amma label olaraq Protime Production -da çalışdığımı bildirirəm. Gələcək planlarım barədə onu deyə bilərəm ki, dayanmaq fikrim yoxdur.İnşallah ki məqsədi Globala çıxmaq bütün dünyanın diqqətini Azərbaycan musiqisinə çəkməkdir. Ölkəmizi bayağı , heç bir musiqi standartı olmayan musiqi ile yox öz köklü musiqisi ilə təmsil etməkdir.
Müəllif: Feliks Vişnevetski