Prezident Administrasiyasında REAL Partiyasının sədri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasında REAL Partiyasının sədri ilə görüş keçirilib

S.Xankişiyeva16:58 - 03 / 06 / 2022
Prezident Administrasiyasında REAL Partiyasının sədri ilə görüş keçirilib

Yeni siyasi konfiqurasiyanın inkişafı çərçivəsində iyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, görüş zamanı şöbə müdiri ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi barədə söz açıb, son bir neçə ildə yeni partiyalarla yanaşı, REAL Partiyasının da dövlət qeydiyyatına alınması və bugünkü legitim fəaliyyəti, Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini bildirib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə formalaşdırılan yeni siyasi konfiqurasiyanın nəticəsində bu gün hər bir siyasi partiya öz fəaliyyətində dövlət qayğısını hiss edir. Doqquz yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, partiyaların qərargahlarla təmin edilməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatı, müxalif siyasi şəxslərin media resurslarına maneəsiz çıxış imkanları, siyasi partiyaların ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi, Vətən müharibəsi dövründə və ondan sonra 10 birgə bəyanat və müraciətə imza atması ölkəmizdə çoxpartiyalı siyasi sistemin, demokratik ənənələrin və fikir azadlığının inkişafının nəticəsidir.

Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır” tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini qeyd edib.

İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən REAL Partiyasının sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyətinin genişləndiyini bildirən partiya sədri bu gün ölkəmizdə yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını bildirib.

Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.

Paylaş:
410

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər