Çol donuzu çimərlikdə qadına hücum etdi - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Çol donuzu çimərlikdə qadına hücum etdi - VİDEO

16:41 - 10 / 06 / 2022
Çol donuzu çimərlikdə qadına hücum etdi - VİDEO

İspaniyada vəhşi donuz çimərliyə gələrək orada istirahtə edən qadını dişləyib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Alikante şəhərində yerləşən "Alfaz del Pi" çimərliyində baş verib.

Sudan sahilə çıxan çöl donuzu 67 yaşlı xanımın yanına qaçaraq onu ayağından dişləyib.

Qadının bu yaxınlarda dizindən əməliyyat olunduğu və heyvandan qaçıb gizlənə bilmədiyi məlum olub.

Xanımın hadisədən sonrakı vəziyyəti haqqında məlumat verilməyib.

1news.az

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər