Ukraynada Lev Tolstoyun məşhur əsəri tədris planından çıxarılacaq | 1news.az | Xəbərlər
Dünya

Ukraynada Lev Tolstoyun məşhur əsəri tədris planından çıxarılacaq

Qafar Ağayev09:41 - 08 / 06 / 2022
Ukraynada Lev Tolstoyun məşhur əsəri tədris planından çıxarılacaq

Dünya şöhrətli rus yazıçı Lev Tolstoyun “Hərb və Sülh” əsəri Ukraynada tədris planından çıxarılacaq.

1news.az xəbər verir ki, bu barədə Ukrayna təhsil nazirinin müavini Andrey Vitrenko"Ukrayna-24" televiziyasının efirində deyib

"Hərb və Sülh” dünya ədəbiyyatı (xarici ədəbiyyat) dərslərindən çıxarılacaq, bu kitab tədris planında olmayacaq" deyə, o deyib.

“Kommersant” qəzetinin xəbərinə görə isə, “Hərb və Sülh” əsəri ilə yanaşı, Rusiya ordusunu tərifləyən bütün kitabın Ukrayna məktəblərinin tədris planından çıxarılacağı bildirilib.

Digər tərəfdən, hansı rus müəlliflərinin əsərlərinin tədris planından çıxarılacağı ilə bağlı yekun qərarın verilmədiyi vurğulanıb.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər