Sahibə Qafarova Çexiya səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Çexiya səfiri ilə görüşüb

Qafar Ağayev16:05 - 09 / 06 / 2022
Sahibə Qafarova Çexiya səfiri ilə görüşüb

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Respublikasının ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri Milan Ekert ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, Milli Məclisin sədri onun ölkəmizdə çalışdığı müddətdə Azərbaycan və Çexiya arasındakı münasibətlərin inkişafı sahəsində gördüyü işləri müsbət qiymətləndirib, səfirə bundan sonrakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin Çexiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən spiker bildirib ki, gələn il Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onlardan ən önəmlisi isə, “Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dir.

Spiker iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rolunu qeyd edərək, bu səfərlər zamanı imzalanmış sənədlərin əlaqələrimizin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin sədri ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin önəmindən danışıb. Bildirib ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət edir.

Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqlardan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Spiker tezliklə iki ölkə arasında sülh sazişi imzalanacağına inamını ifadə edib.

Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Çexiya üçün strateji tərəfdaş ölkədir. Bu strateji tərəfdaşlıq özünü xüsusilə enerji sahəsində göstərir.

Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfə faydasından danışan səfir, Azərbaycanda işlədiyi müddətdə parlamentlərarası, mədəniyyət, təhsil sahələrində əlaqələrin güclənməsinə töhfə verməyə çalışdığını deyib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyini, orada gedən tikinti-quruculuq işlərini şəxsən gördüyünü diqqətə çatdırıb. Səfir xüsusilə Xudafərin körpüsü ilə tanışlığın onda böyük təəssürat yaratdığını qeyd edib. O, Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işlərində iştirak etməkdə maraqlı olduqlarını bildirib. Çexiyanın yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcəyini qeyd edən səfir, ölkəsinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafını dəstəkləyəcəyini və bu işə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsində yeni əməkdaşlıq imkanlarına da nəzər salınıb.

Paylaş:
357

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər