ABŞ ölkəyə giriş üçün COVID-19 testi tələbini ləğv edib | 1news.az | Xəbərlər
Dünya

ABŞ ölkəyə giriş üçün COVID-19 testi tələbini ləğv edib

10:43 - 11 / 06 / 2022
ABŞ ölkəyə giriş üçün COVID-19 testi tələbini ləğv edib

ABŞ-da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir yumşalma olub.

1news.az CNN-ə istinadən xəbər verir ki, bundan sonra ölkəyə girişdə COVID-19 testi tələbi aradan qaldırılır.

Yeni qərara əsasən, ABŞ-a gələn bütün sərnişinlərindən koronovirus testi tələb olunmayacaq.

Qeyd edək ki, ABŞ-a giriş üçün tələb olunan koronavirus testi ötən ilin yanvar ayından qüvvəyə minib.

1news.az

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər