Ukraynada Ermənistan millisini tualetlə müqayisə etdilər – FOTO
Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Xoakin Kaparrosun oyunsonrası mətbuat konfransı az qala qalmaqalla bitəcəkdi.
Ermənistan millisinin çalışdırıcısı ukraynalı jurnalist İrina Kozyupanın sualına cavab vermək istəməyib.
Millətlər Liqasının oyununda Ermənistan Ukrayna tərəfindən darmadağın edildi (0:3). “Onet”in məlumatına görə, oyunsonrası mətbuat konfransında ukraynalı jurnalist Ermənistan yığmasının müharibə ilə bağlı Ukrayna ilə həmrəylik nümayiş etdirməməsinin səbəbini öyrənməyə çalışıb.
- “Bu, idmanla bağlı olmayan siyasi məsələdir”, - deyə Ermənistan komandasının sözçüsü ona deyib.
- “Yox, indi o, birbaşa futbolla bağlıdır. Cavab alacağımı gözləyirəm”, – deyə qadın jurnalist bildirib.
- “Məşqçi cavab verməyəcək. Yenə deyirəm: bu siyasətdir”, - milli komandanın nümayəndəsi təkid edib.
- “Belə reaksiya verməkdən utanmırsınız?”, deyə ukraynalı jurnalist tədbirin sonunda soruşdu.
Daha sonra jurnalist İrina Kozyupa yazıb ki, məşqçi onun sualını tərcümə belə etməyib.
Ukraynanın Sportarena.com idman saytı erməni komandasını troll edib. Sayt öz İnstaqram səhifəsində qırmızı tualetin fotosunu yerləşdirərək “Ermənistan komandası bir fotoda” başlığı ilə qeyd edib.
Xatırladaq ki, tualet və ermənilər mövzusu 2020-ci ilin sonunda populyarlıq qazanıb. Vətən müharibəsində məğlub olan ermənilər 30 ilə yaxın müddətdə qeyri-qanuni məskunlaşdıqları Azərbaycan ərazilərini tərk edən zaman hətta unitazlarını belə sökərək özləri ilə aparıblar, eyni zamanda evləri yandırıb, meşələri qırıblar.