Ramil Usubov: “Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin “yol xəritəsi”dir | 1news.az | Xəbərlər
Siyasət

Ramil Usubov: “Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin “yol xəritəsi”dir

11:32 - 14 / 06 / 2022
Ramil Usubov: “Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin “yol xəritəsi”dir

“Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin "yol xəritəsi"dir və daim yeni yanaşmalar tələb edir. Bu yöndə həyata keçirilən tədbirlər, müəyyənləşən hədəflər Azərbaycanla Türkiyənin daha da güclənən dövlətçilik qüdrətinə uyğun davamlı olaraq təkmilləşir”.

1news.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov mətbuata müsahibəsində deyib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin - yeni çağırışlara uyğunlaşdırılan təhlükəsizlik konsepsiyasının ana xətlərindən birini təşkil edir:

“Yəni regional və qlobal təhlükəsizlik sistemində Azərbaycanın fəal iştirakını təmin edən konsepsiyasının icrasında rəsmi Ankara ilə birgə vahid mövqe, vahid fəaliyyət, vahid hədəflər müəyyənləşdirilir və prosesin icrasında effektiv nəticələr əldə olunur. Bu həm də Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn məsələdir”.

R.Usubov qeyd edib ki, Türkiyə indi Suriyadan Liviyayadək, Aralıq dənizindən okean körfəzlərinədək böyük coğrafi məkanda qlobal təhlükəsizliyin təmininə öz töhfələrini verir, hərbi-siyasi iştirakı ilə bu qaynar bölgələrdə sülhyaratma missiyası həyata keçirir: “Azərbaycan Respublikası da beynəlxalq təhlükəsizliyin əsas təhdidləri olan qlobal terrorizmə, transmilli cinayətkarlığa qarşı səmərəli mübarizə aparır, müxtəlif münaqişə bölgələrində hərbi kontingenti ilə sülhməramlı fəaliyyət göstərir. Yəni hər iki dövlətin qlobal təhlükəsizliyin təminində müstəsna xidmətləri vardır.

Sadəcə bir fakta nəzər salmaq istərdim. ABŞ Prezidenti Cozef Bayden son üç ayda ölkə rəhbərimizə ünvanladığı hər üç məktubunda Azərbaycanın qlobal, xüsusən də Avropa məkanında təhlükəsizliyin sabitləşməsində həlledici rolunu vurgulayıb. Bu cür fikirlər, rəylər beynəlxalq miqyasda ən üst səviyyələrdə davamlı olaraq bəyan edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə və müdrikliklə həyata keçirdiyi təhlükəsizlik konsepsiyasının nəticələridir”.

1news.az

Paylaş:
222

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər