Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribarı ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribarı ilə bağlı bəyanat yayıb

Qafar Ağayev17:39 - 17 / 06 / 2022
Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribarı ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb.

1news.az xəbər verir ki, Bəyanatda deyilir:

"16 iyun 2022-ci il tarixində Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində ERE televiziya kanalının Qarabağ və Şuşa şəhərindən hazırladığı “Qarabağa gedən yol” adlı sənədli filminin təqdimatı keçirilib.

Filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, Birinci və İkinci Qarabağ müharibələrindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin və bütün infrastrukturun dağıdıldığı nümayiş olunub. Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığı qeyd edilərək, məsciddə heyvanlar saxlanıldığı göstərilib, Azərbaycan Ordusunun Zəfərindən sonra Şuşada, eləcə də digər azad edilmiş Azərbaycan rayonlarında aparılan quruculuq işləri də nümayiş olunub.

Mərasim zamanı FRA Nor Seround adlı təxribatçı erməni təşkilatının daşnak gəncləri Mərkəzə hücum edib. Nəticədə tədbirin iştirakçısı, uzun illərdir Fransada yaşayan azərbaycanlı Aytən Muradova xəsarət alıb.

Bu hadisə Fransada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların və Azərbaycan diaspor təşkilatlarının kəskin narahatlığına səbəb olub. Xoşagəlməz olayın Fransa kimi demokratik prinsiplərə, insan haqları və təhlükəsiz yaşamaq kimi ali dəyərlərə sahib bir ölkədə baş verməsi isə ikiqat təəssüf doğurur. Çünki keçirilən tədbirlərdə bu kimi halların baş verməsi azərbaycanlıların bu ölkədə rahat və təhlükəsiz yaşamaq kimi əsas hüquqlarını sual altına qoyur.

Parisin mərkəzində belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirir, hadisəni törədənlərin əməllərinin Fransa qanunları və beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndiriləcəyinə ümid edirik".

Paylaş:
381

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər