Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ

Qafar Ağayev09:59 - 17 / 06 / 2022
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər