Nərmin Knyaz: “Amma artıq bu iş olmaqdan çıxıb, həyat tərzinə çevrilib” - MÜSAHİBƏ - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Nərmin Knyaz: “Amma artıq bu iş olmaqdan çıxıb, həyat tərzinə çevrilib” - MÜSAHİBƏ - FOTO - VİDEO

Qafar Ağayev16:56 - 22 / 06 / 2022
Nərmin Knyaz: “Amma artıq bu iş olmaqdan çıxıb, həyat tərzinə çevrilib” - MÜSAHİBƏ - FOTO - VİDEO

İTV kanalında yayımlanan “1 şəhər və 24 saat” səyahət verilişinin aparıcısı, bloger Nərmin Knyazın 1news.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Nərmin, çoxları sənin “Knyaz” soyadınla maraqlanır, əsl soyaddır, yoxsa təxəllüs? Onun hekayəsini danışmağını istərdik.

- Məndən ən çox soruşulan suallardan biridir. Knyaz babamın adıdır. Babamla xüsusi bağımız olub, mənə ən doğma,ən yaxın insanlardan biri idi. Ona görə soyadımda məhz onun adını daşımağı sevirəm.

- Əvvəlcə bloger kimi tanındınız - bloqunuz necə başladı? Onu necə inkişaf etdirdiniz? Və bu gün abunəçilərinizə çatdırmaq istədiyiniz əsas mesaj nədir?

- Əslində məni ilk bloger olaraq deyil, radio aparıcısı olaraq tanıyırdılar. Sizə 2014-2016-cı illərdən danışıram. O vaxt "Araz FM" radiosunda fərqli layihələrdə aparıcılıq etmişəm. Radioda səsimi eşidib, instagramda məni tapıb yazanlar olurdu, çox paylaşımlarım da bununla bağlı idi.Və artıq müəyyən izləyici kütləm var idi.Radiodan ayrılandan sonra səhifəm daha çox səyahətə yönəldi. Amma bilirsiniz, izləyicilərə həmişə getdiyin yerlər, geyindiyin geyim, oxuduğun kitab, baxdığın kino maraqlı olur..Həmişə soruşulur. Beləcə planımda olmasa da, bir növ izləyicilərin istəyilə “lifestyle” paylaşımlarım daha da çoxaldı və halhazırda da belə davam edir.

Çatdırmaq istədiyim mesaj? Açığı, istəmərəm hansısa mesaj üçün paylaşımlar edim. Amma təbii ki, hamı kimi mənim də doğrularım var,məni də cəmiyyətimizdə narahat edən problemlər var. Çox mesaj alıram paylaşımlarımdan,səyahətlərimdən ilhamlanan qızlardan,öz işini qurmaq istəyən xanımlardan. Yəqin ki, paylaşdıqlarımı mesaj olaraq görsək,bu daha çox inkişaf edən, savadlı, təhsil almağı seçən, öz arzularının ardınca getməyi bacaran, qadınların uğurlarını dəstəkləyən bir mesaj olardı.

- İnstagram bloqunuzdan razısınızmı? O sizin üçün nə deməkdir? Və ümumiyyətlə, sosial şəbəkələrin həyatınızdakı rolundan danışın

- Açığı, hal-hazırda bloq olaraq instagramı istifadə etdiyimi düşünmürəm. Hətta buna iş olaraq yanaşan, çox enerji, vaxt sərf edən blogerləri görəndən sonra özümə bloger demək düz olmazdı. Ümumilikdə isə bilirsiniz, işimlə əlaqəli çox səyahət edirəm, istər istəməz paylaşımlar çoxalır. Həmişə getdiyim yerləri, gördüyüm yeniliklər, öyrəndiyim məlumatları paylaşıram,elə ən sevdiyim hissə bunları paylaşmaqdır. Ümumilikdə götürsək, sosial şəbəkələrin də mənimçün halhazırkı rolu bu “connection”dur. Daima bitməyən məlumatlarla dolu zəncir halqası.Özüm də daima yeni şeylər öyrənirəm, kimsə mənə ilham verir, kiminsə töviyəsiylə kitabı oxuyuram, səyahətimdə tövsiyyə edilən yerə gedirəm və s.

- Siz reklamçılar arasında ən çox axtarılan blogerlərdən birisiniz - reklamçılarla işiniz necə gedir? Nərmin nəyi sevərək reklam edir, nəyi heç vaxt reklam etməyəcək?

- Bəli, reklam əməkdaşlıqlarımdan olduqca razıyam. Ən çox işimlə birbaşa əlaqəli olan,və ya çox sevdiyim brendlərin məhsullarını reklam etməkdən məmnunluq duyuram. Axı öncə də demişdim, onsuz da həyat tərzimə daxil hər şeyi paylaşmaqdır sevdiyim..

Elə həyat prinsiplərimə zidd olduğuna inandığım paylaşımlar etmərəm heç vaxt, özümün istifadə etməyəcəyim və məsləhət görmədiyim məhsul paylaşmaram.

- Sizcə ideal instagram postu hansıdır? Bu gün səhifəni necə tanıtmaq və abunəçilər qazanmaq olar? Ümumiyyətlə, azərbaycanlı blogerlər haqqında nə deyə bilərsiniz?

- İdeal instagram postu, doğrudan da, bu gün uğurlu bucaqdan düzgün işıq altında çəkilmiş fotodur- mənimçün isə, səyahətdən olan foto. Nə qədər gülməli olsa da, realdır.İnstagram görüntü üzərində qurulan sosial şəbəkədir. Gördüklərimizi beynimiz qəbul edir və “like” edirik. Məsələn,bu günlərdə çoxumuzun qarşısına çıxır, İtaliyadan olan bir çox estetik, "aestetik" video-fotolar, hamımız bəyənmirikmi? Gördüklərini gözəl göstərə bilən insanlar daima səhifələrini də, izləyicilərini də artıracaqlar. Bu mənim yanaşmamdır. Bunu bəlkə də dediklərim olmadan daha rahat yolla da əldə etmək olar. Mən təbii ki,məni izləyən və təxmini mənimlə eyni düşüncədə olan insanları nəzərdə tuturam. Azərbaycanda blogerlərlə bağlı isə,məncə çox uğurlu işlər görürlər, hətta bəzi səhifələri seçmək olmur milyonluq xarici səhifələrdən.

- Televiziyaya necə çıxdınız? Televiziya layihələriniz haqqında bizə məlumat verin? Televiziya layihələrinizin əsas mesajı nədir?

- Televiziya layihəsi radiodan ayrıldıqdan sonra ağlımda idi uzun müddət. Vurğuladığım kimi səyahət etməyi çox sevirdim, " sevdiyim hobbini niyə də işə çevirə bilməyim" deyə düşünürdüm. Sonra ağlıma ideya gəldi- bu gün aparıcısı və layihə rəhbəri olduğum “1 şəhərm və 24 saat” səyahət verilişinin ideyası. Layihələşdirdim. Plan yazdım. Yeni formatda səyahət verilişi, amma təbii maliyyə tapmaq lazım idi. Bu isə mümkün deyildi, hamı verilişin "demo" versiyasını görmək istəyirdi. Ona görə ilk olaraq özümə komanda yığıb yaxın şəhərə - Tbilisiyə getdik. Ssenari çəkiliş heyəti ilə işi tamamladıq. Verilişin ilk buraxılışını çəkdik. Sonra əlimizdə hazır məhsulu göstərməyə başladıq. Xatırlayıram, "İctimai TV"də görüşə getmişdik, çox bəyənmişdilər verilişi. Bir də, televiziyada iş təcrübəsi olmayan bir insandan heç kim veriliş çəkib gətirə biləcəyini gözləmirdi. Təəccüblənirdilər. Və beləliklə ilk işimizi görüb şans verdilər başlamağımız üçün, artıq 2019-cu ildən bu günə kimi bu verilişimiz yayımlanır. Keçən il isə yeni bir veriliş layihəsi hazırladım, bu da mənim çox sevdiyim bir formatdır, ev dekorasiyası, interyeri ilə bağlı - “Tərzi - məkan”. Bu verilişdə 2 dizayner aparıcımız var, müraciətçilərin evlərinə gedərək öz toxunuşlarını edirlər. Bu verilişdə kamera arxasındayam daha çox.

Bunlarla yanaşı vurğulamaq istəyirəm, İctimai televiziyada yayımlanan “Jeopardy” verilişinin lisenziyalı versiyası olan “61!” intellektual verilişinin artıq 2 mövsümdür ki, aparıcısıyam. Bu çox möhtəşəm təcrübədir mənim üçün.

- Televiziyadakı işiniz – səyahətlə bağlı layihəni “arzularındakı iş” adlandırmaq olar, bu barədə nə deyə bilərsiniz? Səyahət sizin üçün həyat tərzidir, yoxsa iş?

- Təbii ki, bu əsl arzuların işidir. Çox sevirəm, daima yeni yerlər görmək, kəşf etmək, ən əsası öyrənib paylaşmaq. Amma artıq bu iş olmaqdan çıxıb, həyat tərzinə çevrilib. Səyahətsiz qalmaq çətin olur, işlə bağlı olmasa belə.

- Hansı ölkə (şəhər) sizə ən çox təsir etdi və niyə? Və sizi ən çox nə məyus etdi? Hansı ölkəni (şəhəri) ziyarət etmək istərdiniz?

- Bu daima dəyişir.. 3 il əvvəl Vyananı deyərdimsə, indi Amsterdam. Amma ürəyimin bir tərəfi hələ də Misirdə qalıb kimi hiss edirəm, arada, hətta yuxumda Luksordakı məbədləri görürəm. O qədər təsirli idi…aa bir də Florensiya, hara baxırsan sənət.. Heykəllər.. Praqa da arada yadıma düşür..Avropanın ürəyi.. Beləcə, yəni seçim etmək çətindir. Hal-hazırda çox görmək istədiyim yerlərdən biri Yaponiyadır, həmişə oxuduğumuz, eşitdiyimiz bu mədəniyyətlə tanış olmağı çox istəyirəm..

- Proqramın çəkilişləri ilə bağlı iş üçün dünyanı daha çox gəzirsiniz yoxsa, özünüz? Səyahətdə sizin üçün ən vacib olan nədir?

- Təbii ki, verilişimiz həftəlik yayımlanır. İş üçün daha çox səyahət edirəm. Amma tək səyahətlərim də az olmayıb, xüsusən də tək gəzməyi o qədər çox sevirəm ki! Hər fürsətdə dəyərləndirirəm. Mənimçün ən vacib olan səyahətdə öyrənməkdir, və ya anlamaq. Şəhərin ruhunu duya bilmək. Bu hər şəhərdə fərqlidir. İnsanlar fərqlidir, adətləri fərqlidir, tarix fərqlidir.. Bax bunları öyrənəndə, anlayanda o qədər həyəcanlanıram,onda doya bilirəm səyahətimdən..

- Bu sizin üçün mükəmməl səyahətdir? Həvəskar səyahətçi kimi səyahətə və blog yazmağa başlayan hər kəsə nə məsləhət görürsünüz?

- İdeal səyahət mənim üçün,qaçaqaçda olmadığım səyahətdir. Təsəvvür edin, öyrəşmişik, veriliş üçün çəkilişlərə gedəndə 7-10 arası şəhər dəyişirik. Hər birində 2-3 gün maksimum vaxtımız olur.. Materialı çəkib, çatdırmaq,heç də asan deyil. Ona görə qaçaqaçda olmamaq deyirəm..Digər şeyləri isə yuxarıdakı sualda vurğuladım.

Məsləhət görərdim,birincisi, işi sevərək görsünlər, çünki sevilmədən görülən iş kənardan o qədər bəll olur ki.. Və daima araşdırsınlar, yeniliklərə açıq olsunlar.

- Lüks səyahət və ya büdcə səyahəti - nəyi seçirsiniz?

- “Büdcə səyahəti” desəm, yalanım çox bəlli olar?

Bilirsiniz, artıq illərdir, mümkün olduqca səyahət etmişəm, büdcəli səyahətlərim, hostel macəralarım, hətta avtostop təcrübəm, çadırda qalmağım da olub.. Və işimiz də bəlli bir büdcə limitinə bağlı olduğu üçün bu hələ də aktualdır. :)

Amma digər səyahətlərimdə təbii ki, rahatlığı daha üstün tuturam.İşdə olmadığımı hiss etməliyəm axı..

- Siz həm də "prodakşn" şirkətinin rəhbərisiniz - onun fəaliyyətindən danışmağınızı istərdik

- Yuxarıda artıq iki TV layihəmizi vurğuladım. Hal-hazırda bu iki verilişi də ərsəyə gətirən, eyni zamanda bir sıra reklam çarxları və s. çəkilişləri edən "production"a - "Filmable Entertainment"ə rəhbərlik edirəm. Komandamız da günü-gündən böyüyür. Yeni mövsüm üçün yeni layihələr üzərində işləyirik. Bir neçə mini-serial və film planlarımı da var.

Həmişə kamera arxasında olmaq mənimçün maraqlı olduğundan çox zövq alıram bu işimizdən.

- Hamısını necə idarə edirsiniz?

- Çünki işlərimin hamısı mənim hobbimdir.

- Sizin əsas həyat qanununuz hansıdır?

- “Only dreamers can fly” - yadıma düşür. Məktəbdə oxuduğum vaxtlarda, hətta planlarımdan danışanda ,”az xəyalpərəst ol”, “bir az realist ol”, bir də “bunu edə bilməyəcəksən” fikirlərini çox eşidirdim. Amma yaxşı ki, xəyalpərəstliyimdən əl çəkmədim, hətta deyərdim ki, realist kimi xəyal etməyi öyrəndim.

- Həmişə trenddə olmaq mümkündürmü? Bunu bacarırsınız?

- Mən öz fikrimi deyərdim, hər zaman trend olmaq çətindir. Məndə şəxsən alınmır. Yəqin ki, bunun üçün çalışmamışam da. Amma mümkün deyil deməzdim.

Müəllif: Feliks Vişnevetski

Paylaş:
2803

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər