XİN rəhbəri: “Bu yaxınlarda məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışının şahidi olacağıq”
Azərbaycan Respublikası üçün işğaldan azad olunmuş ərazilərin bərpası prioritet hesab olunur, buna dövlət səviyyəsində yüksək əhəmiyyət verilir.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Məqsədlərin böyük hissəsi yerinə yetirilir, ərazilərin bərpası çox yüksək templə aparılır. Və biz bu yaxınlarda məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışının şahidi olacağıq. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, azad olunmuş ərazilərin bərpası ilə bağlı müştərək layihələrin həyata keçirilməsi də əməkdaşlığımızın hissəsi sayılır”, - XİN rəhbəri qeyd edib.
Ceyhun Bayramov Rusiya şirkətlərinin Qarabağın bərpasında marağını yüksək dəyərləndirdiklərini də diqqətə çatdırıb.
1news.az